top of page

Bellinqemin zədəsi ciddidir? - Ançelotti AÇIQLADI

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Çud Bellingemin çiynindən zədə alması və bu səbəbdən iki həftə oynamayacağı haqda açıqlama verib.


90plus.az "Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, ingilis futbolçunun bir müddət sonra meydana qayıdacağını bildirib:


“O, İngiltərəyə gedəcək, amma tezliklə qayıdacaq. Bellingem çiynini gücləndirmək üçün ara verməlidir. Yaxın günlərdə bunun üzərində işə başlamağı planlaşdırır. Beynəlxalq fasilədən sonra o, meydana qayıda biləcək”.


Noyabrın 11-də yarımmüdafiəçinin sol çiynindən zədə aldığı məlum olub. Bu zədə səbəbindən o, “Valensiya” ilə son matçda (5:1) iştirak edə bilməyib.



0 comments
bottom of page