top of page

Belçika - Azərbaycan: 50 min biletin 30 mini satılıb!


Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyununa satılan biletlərin sayı açıqlanıb.


90plus.az xəbər verir ki, bu barədə Belçikanın "Sporza" nəşri məlumat yayıb. “King Baudouin Stadium”da keçiriləcək matça 30 minə yaxın bilet alınıb. Arena 50 min azarkeş tutumuna malikdir.


Qeyd edək ki, Belçika millisi Avro-2024-ün F qrupunda 17 xalla liderdir. Komanda artıq final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması seçmə mərhələnin F qrupunda sonuncu matçını Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan qrupda 4 xalla 4-cü pillədə qərarlaşıb.

0 comments
bottom of page