"Benfika" azarkeşləri futbolçuların evinə hücum etdi

"Benfika"nın azarkeşlərinin komandanın avtobusuna hücum etməsi haqda xəbər vermişdik.

90plus.az-ın "Tribuna Expresso" nəşrinə istinadən məlumatına görə, fanatlar bu dəfə futbolçuların evlərini hədəfə alıblar. Onlar sprey boyalarla oyunçuların evlərinin divarlarına müxtəlif təhqir dolu sözlər yazıblar. Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib. Baş məşqçi Bruno Laqenin də evinin divarlarına təhdid dolu mesajlar yazılıb.


Qeyd edək ki, Portuqaliya çempionatının 25-ci turunda doğma meydanda “Tondela”ya qalib gələ bilmədiyi (0:0) üçün “Benfika” azarkeşləri əvvəlcə komandanın avtobusuna hücum ediblər. 

0 comments