
“Benfika”nın qapıçısı Helton Leyte Türkiyə Superliqasında çıxış edəcək.
90plus.az xəbər verir ki, portuqaliyalı qolkiper “Antalyaspor”la anlaşıb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən 2024-cü il iyunun 30-na qədər Türkiyə klubuna məxsus olacaq.
32 yaşlı braziliyalı indiyə qədər “Boa Esporte”, “İpatinqa”, “Krisuma”, “Botafoqo”, “Sae Kaetano”, “Boavişta” klublarının qapısını qoruyub. O, 2020-ci ildən “Benfika”da çıxış edirdi.