top of page

Benjamin Mendi 7 ittihamdan yaxasını qurtara bilib


Benjamin Mendi ona qarşı irəli sürülən 9 ittihamdan yeddisi üzrə təqsirli bilinməyib.

90plus.az xəbər verir ki, demək olar ki, beş ay davam edən məhkəmə prosesindən sonra o, altı zorlama və bir cinsi təcavüz faktından azad edilib.

Bununla belə, Çester Kroun Məhkəməsində 13 günlük müşavirədən sonra münsiflər heyəti Mendiyə qarşı daha iki ittiham üzrə – 2020-ci ilin oktyabrında 24 yaşlı qadının iştirak etdiyi bir zorlama faktı və bir qadının da iştirak etdiyi zorlama cəhdi üzrə hökm çıxara bilmədi.



0 comments
bottom of page