top of page

Benjamin Pavar İtaliya klubunun maraq dairəsindədir

“Bayern”in müdafiəçisi Benjamin Pavar “Yuventus”un maraq dairəsindədir.


90plus.az “calciomercato.com”-a istinadən xəbər verir ki, öncədən 26 yaşlı fransalı üçün La Liqa təmsilçisi “Barselona”nın da iddialı olduğu bildirilirdi. Lakin kataloniyalılar hazırda bütün diqqətini “Borussiya”nın (Dortmund) futbolçusu Tomas Munyeyə yönəldiblər.


Pavar 2019-cu ildə “Bayern”də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.


Bu mövsüm o, Münhen təmsilçisinin heyətində 21 oyuna çıxıb və 4 qol vurub.



0 comments

Recent Posts

See All
bottom of page