top of page

Benzema özünü final matçına çatdıra bilər




Fransa millisinin hücumçusu Kərim Benzema DÇ-2022-nin finalında iştirak edə bilər.

90plus.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid klubu futbolçunun Qətərə getməsinə icazə verib. Qərar Benzemanın özündən asılıdır, Madrid təmsilçisi ona mane olmayacaq.



Fransa qalib gəlsə, Kərimin digər komanda ilə birlikdə medal almaq imkanı olacaq.

Xatırladaq ki, Benzema DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnərək turnirdə iştirak edə bilməyib. Didye Deşam onun yerinə futbolçu çağırmadığı üçün hücumçu Fransa millisinin ərizəsində qalır. Deşam Mərakeşlə matçdan sonra Benzemanın finalda mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

0 comments
bottom of page