"Əl-İttihad"ın baş məşqçisi Nunu Eşpiritu Santo Kərim Benzema ilə mümkün münaqişəsini şərh edib.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o bütün futbolçularla əla münasibətinin olduğunu deyib:
“Mətbuatda oxudum ki, Benzema ilə münasibətim korlanıb. Məni tanıyan hər kəs bunun cəfəngiyyat olduğunu bilir. Güclü komandamız var, bütün oyunçulardan razıyıq. Şadam ki, Kərim burada bizimlədir. O, meydanda xoşbəxtdir. Bu məlumatın haradan gəldiyini başa düşürəm".
Qeyd edək ki, "Əl-İttihad"ın yeni transferi Kərim Benzema ilə baş məşqçi Nunu Eşpiritu Santu arasında fikir ayrılığı yarandığı iddia olunmuşdu. Portuqaliyalı mütəxəssisin rəhbərliyə 35 yaşlı futbolçunun onun taktiki tərzinə cavab vermədiyini bildirdiyi yazılmışdı.
