Benzema 6 ildən sonra yenidən Fransa millisində!



İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilib.

Bu barədə “90plus” Fransa Futbol Federasiyasının məlumatına istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

0 comments