top of page

Benzema bu səbəbdən milli karyerasını başa vurub

"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzemanın yığmadakı karyerasını başa vurmasının əsas səbəbi məlum olub.


90plus.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Benzemanın millidən ayrılmaq qərarı yerli federasiyanın baş məşqçi Didye Deşamla müqaviləni uzatmasıdır. Bildirilir ki, 34 yaşlı forvardın çalışdırıcı ilə münasibətləri yaxşı deyil. Benzema Deşamla sözləşmənin yenilənəcəyini bir müddət əvvəl öyrənib. Ötən gün isə Deşamın müqaviləsi rəsmən uzadılıb.  


Qeyd edək ki, bir müddət əvvəl Benzema ilə Deşam arasında münaqişə olduğuna dair xəbərlər yayılıb. Futbolçu ötən il dekabrın 19-da milli ilə vidalaşdığını açıqlayıb.



0 comments
bottom of page