top of page

Benzema da Səudiyyə Ərəbistan yolçusu oldu


Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Kərim Benzemanın transferini rəsmən açıqlayıb.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə 2026-cı ili iyununa qədər müqavilə imzalanıb.



Benzemanın Səudiyyə Ərəbistanı çempionunda 200 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, fransalı forvard son 14 mövsümü "Real"da keçirib. O, Madrid klubunda 647 matçda 353 qol vurub. Bu mövsüm futbolçu 23 matçda meydana çıxıb və 18 qolla "Real"ın bombardiri olub.

0 comments
bottom of page