Benzema gedir, yoxsa qalır?

“Real”ın futbolçusu Kərim Benzemanın meneceri Kərim Cəziri oyunçunun gələcəyi barədə danışıb.

90plus.az “Ouest France”a istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun Madrid təmsilçisi ilə yeni müqavilə imzalamağa yaxın olduğunu deyib:

“Bəli, daha əvvəl Benzemanın “Lion”a qayıtmaq istədiyini demişdim. Çünki bura onun klubu və şəhəridir. Ancaq indi Fransa klubuna qayıtmaqdansa, “Real” ilə yeni bir müqavilə imzalaması daha yaxın görünür”. Qeyd edək ki, Benzema “Real”a 2009-cu ildə məhz “Lion”dan keçib. O, bu mövsüm La Liqada 25 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib.

0 comments