top of page

Benzema La Liqa tarixində ən çox qol vuran 4-cü oyunçu oldu

"Real"ın futbolçusu Kərim Benzema La Liqa tarixində ən çox qol vuran oyunçular arasında 4-cü yerə yüksəlib.


90plus.az xəbər verir ki, o, 32-ci turda "Almeriya" ilə hazırda davam edən görüşdə artıq 3 qol vurub.


35 yaşlı hücumçu yerli çempionatdakı qollarının sayını 236-ya çatdırıb. O, 234 qol vuran Uqo Sançesi geridə qoyub.


La Liqanın bombardirləri arasında 1-ci yerdə Lionel Messi (474 ​​qol), 2-ci pillədə Kriştiano Ronaldo (311), 3-cü yerdə isə Telmo Sarradır (252).



0 comments
bottom of page