top of page

Benzema nə məşqdə var, nə də oyunda! Şəhəri də tərk etdi!


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema məşqlərdə gözə dəymir.


90plus.az xəbər verir ki, fransalı forvard bu gün ölkə çempionatının “Ət-Tay”la keçiriləcək matçında da meydana çıxmayacaq. O, komandanın son iki məşqinə qatılmayıb.

Benzema məşqlərdə iştirak etməməklə yanaşı, “Əl-İttihad”ın yerləşdiyi Ciddə şəhərini də tərk edib. Ulduz futbolçunun gedişinin nə ilə bağlı olması barədə dəqiq məlumat yoxdur.


36 yaşlı hücumçunun klub rəhbərliyi ilə münasibətlərinin yaxşı olmadığı ehtimal edilir. Təcrübəli oyunçu son matçlarda göstərdiyi performansa görə azarkeşlərin tənqidlərinə məruz qalıb.


Qeyd: Kərim Benzemanın komandası Səudiyyə Ərəbistanı çempionatında “Ən-Nəsr”ə 2:5 hesabı ilə məğlub olduğu oyundan sonra “Instagram” hesabını silib.

0 comments
bottom of page