“Benzema “qızıl top”u almalıdır” – Quti

“Real”ın sabiq futbolçusu Quti komandanın hücumçusu Kərim Benzemanın oyunu haqda danışıb.

90plus.az “A Bola”-ya istinadən xəbər verir ki, Quti, Benzemanın ünvanına tərif yağdırıb:


“Benzema dünyanın ən yaxşı hücumçusudur, o, “qızıl top”u almalıdır. Onun hücumçu kimi belə nəticə göstərəcəyini gözləmirdim. O, bir anda yüksək səviyyəyə qalxdı. Bu, “Real”ın xeyrinə oldu. Kriştiano Ronaldo gedəndə qollar lazım idi və o, qol vurdu”.


Benzema bu mövsüm “Real”ın heyətində 42 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar ötürmə edib.


Bu gün saat 23:00-da, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Real” və “Mançester Siti” qarşılaşacaq. İlk oyunda MS 4:3 hesablı qələbə qazanıb.

0 comments