Benzema "Real"dakı gələcəyi haqqında danışıb


"Real"ın forvardı Karim Benzema klubdakı gələcəyi barədə danışıb. 90plus.az "Bein Sports"a istinadən xəbər verir ki, futbolçu növbəti mövsüm də "Real"da oynayacağını deyib:


"Hər mövsüm daha yaxşı olmağa çalışıram. Həmişə oynamağı xəyal etdiyim futbolu burada oynayıram və bu gün mənə etdiyim işə görə qiymət verə bilərsiniz. Bu, mənim həyatımın klubudur. Mənim üçün meydanda 100 faizimi vermək vacibdir. Çünki futbolu çox sevirəm. Gələn mövsüm "Real"da olacam". Qeyd edək ki, Benzema 2020/2021 mövsümündə La Liqada meydana çıxdığı 34 matçda 23 qol vurub

0 comments