
"Real"ın hücumçusu Kərim Benzema klubu ilə müqaviləsini uzadacaq.
90plus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Madrid klubu ilə şifahi razılığa gəlib. Onunla bu mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılacaq.