Benzema Ronaldonu geridə qoydu

La Liqanın 31-ci turunda “Kadis”lə matç (3:0) “Real”ın futbolçusu Kərim Benzema üçün əlmamətdar olub.

90plus.az xəbər verir ki, 33 yaşlı hücumçu görüşdə komandasının 3-cü qolunun ötürməsini verib. Bununla da o, “Real”ın heyətində La Liqada verdiyi qol ötürmələrinin sayını 88-ə çatıdırıb.


Beləliklə, Benzema bu göstəricidə komandanın sabiq futbolçusu Kriştiano Ronaldonu geridə qoyaraq (87), Madrid təmsilçisinin 21-ci əsrdə yerli çempionatda ən çox qol ötürməsi verən futbolçusu olub. Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”da oynayır. Ronaldo isə 2018-ci ildə bu klubdan ayrılaraq, “Yuventus”a keçib.

0 comments