Benzema tarixə düşdü


"Real Madrid"in klubunun futbolçusu Karim Benzema Çempionlar Liqasının tarixinə düşüb.


34 yaşlı hücumçu buna "Chelsea" ilə matçda (1:1) nail olub.


Komandasının yeganə qolunun müəllifi olan futbolçu turnirdə 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Gonzalezə çatıb.


Hazırda yalnız Ronaldo (134), Messi (120) və Lewandowski (73) Benzema və Rauldan daha çox qol vurub.


Benzema Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb.

O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldo 32 yaş 86-cı günündə qol vura bilib.


0 comments