Benzema yenidən milliyə çağırıla bilər

"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.

90pl"L'Equipe" nəşrinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşam 33 yaşlı hücumçunu Avro-2020-nin oyunları üçün milliyə çağırmağı düşünür.

Bildirilib ki, bununla bağlı son qərar sabah Fransa Futbol Federasiyasının rəhbərliyi ilə görüşdən sonra veriləcək.

Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.

0 comments

Recent Posts

See All