Benzemadan Mbappe haqda suala cavab: “Xırda şeylər…”

Fransalı hücumçu Kilian Mbappenin “Real”a keçib-keçməyəcəyi uzun müddət gündəm oldu. Lakin bildiyimiz kimi, Mbappe PSJ-də qalmağı seçdi.

90plus.az “Movistar Plus”-a istinadən xəbər verir ki, “Real”ın hücumçusu Kərim Benzemadan Fransa millisindəki komanda yoldaşı haqda soruşulub. O isə bu mövzuda danışmaq istəmədiyini bildirib:


“Hazırda xırda şeylər haqqında danışmağın vaxtı deyil. Bütün diqqətimi Çempionlar Liqasının finalına yönəltmişəm”.


Mbappe Paris klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.


“Real” Çempionlar Liqasının finalında “Liverpul”la, mayın 28-də qarşılaşacaq.

0 comments