top of page

Benzemadan yeni qərar - Yüksək səviyyədə çıxışını davam etdirmək üçün bunu edəcək

"Real"ın futbolçusu Kərim Benzema yüksək səviyyədə çıxışını davam etdirmək üçün iş yükünü xeyli azaldacaq.


90plus.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçu La Liqada və Çempionlar Liqasında əsas rəqibləri ilə matçlara hazır olmaq üçün klubun mövsümün sonuna yaxın daha az əhəmiyyətli səfər oyunlarını buraxmaq qərarına gəlib. O, bu mövzüda klubun sabiq futbolçusu Kriştiano Ronaldodan nümunə götürüb. Benzema hesab edir ki, 35 yaşını və son zədələrini nəzərə alsaq, yüklənmənin azalması onun mövsümün sonuna qədər yaxşı formada qalmasına imkan verəcək.


Klubdakı hər kəs, o cümlədən digər oyunçular Benzemanın təşəbbüsünə müsbət yanaşıblar. Çünki futbolçunu mövsümün ən vacib anlarında onu itirmək istəmirlər.


Qeyd edək ki, Benzema bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.



0 comments

Comments


bottom of page