top of page

Benzemanın “Qızıl Top”u əlindən alına bilər… “Müsəlman Qardaşları” ilə əlaqəsi olduğu deyilir


Fransa daxili işlər naziri Kərim Benzemanın terror təşkilatları ilə əlaqəsi olduğunu iddia edib.


90plus.az sportbible - a istinadən xəbər verir ki, Benzema İsrailin Qəzzanı bombalamasından sonra öz hesabında paylaşım edib. Əlcəzair əsilli fransız futbolçu "Bütün dualarımız bir daha qadın-uşaq ayrı-seçkiliyi olmadan ədalətsiz bombardmanların qurbanı olan bütün Qəzza sakinləri üçündür" deyib.


Bu açıqlamadan sonra Fransanın daxili işlər naziri Gerald Darmanin canlı yayımda "Kərim Benzemanın "Müsəlman Qardaşlar" təşkilatı ilə bədnam əlaqələri var. Bu qrup Avropada terrorçu adlandırılır" deyə açıqlama verib.


Onu da deyək ki, Kərim Benzema daha əvvəl Fələstini dəstəkləyən sözlərinə görə həm Avropa siyasətçiləri, həm də Avropa mətbuatı tərəfindən tənqidlərə məruz qalmışdı, lakin o, dəstək mesajları verməkdən çəkinməmişdi.


“Müsəlman Qardaşlar” təşkilatı 1928-ci ildə Misirin şimal-şərqində, İsmailiyyədə yaradılıb. Həsən Əl Banna tərəfindən qurulan qrup Misiri ingilis zülmündən xilas etmək və Misirdə hakimiyyəti ələ keçirmək məqsədi güdüb.


Fransa senatoru Valerie Boyer isə Kərim Benzemanın "Müsəlman Qardaşlar" ilə əlaqəsi olduğu sübut olunsa, ondan "Qızıl Top" mükafatının geri alınmasını istəyib. O deyib:


"Biz iki milliyyəti olan şəxsin ölkəmizə xəyanətini qəbul edə bilmərik".

0 comments
bottom of page