top of page

Benzia Fransa klublarına “YOX” dedi


"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 təmsilçilərindən gələn təkliflərə "YOX" deyib.


90plus.az  xəbər verir ki,  Əlcəzair millisinin üzvü özü bu məlumatı verib. O, "Qarabağ"da xoşbəxt olduğunu bildirib:


"Fransadan - Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".


Qeyd: 29 yaşlı yarımmdafiəçi  2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 məhsuldar ötürmə edib.


Mənbə: RMC Sport

0 comments
bottom of page