Beqoviç - "Milan" klubunda!


Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.

90plus.az xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

0 comments