top of page

Bernardo Silva: "Bu, hər zaman belə olub"

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva UEFA Çempionlar Liqasının yarımfinalının “Real”la keçiriləcək qarşılaşmalarından söz açıb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu hər zaman hazırlıqlı olduqlarını diqqətə çatdırıb:


“Şübhəsiz ki, biz hazırıq. Bu, hər zaman belə olub. Məncə, komanda hazırda özünə çox güvənir. Düşünürəm ki, daha da irəli gedəcəyik”.


“Şəhərlilər” turnirin 1/4 finalında Almaniya klubu “Bayern”i mübarizədən kənarlaşdırıb (3:0, 1:1).



0 comments
bottom of page