top of page

Bernardo Silva: "Real" Çempionlar Liqasının qalibi olsa..."

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komanda yoldaşı Erlinq Haland və “Real”ın hücumçusu Vinisius Junior haqda danışıb.


90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı oyunçu, bu iki futbolçunun “qızıl top” mükafatı uğrunda mübarizəsindən söz açıb:


“Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını və Çempionlar Liqasını qazana bilsə, onu “qızıl top”u əldə etmək mövzusunda müzakirəyə çıxara bilərsiz. “Real” Çempionlar Liqasının qalibi olsa, Vinisius barədə fikirlərinizi bildirə bilərsiz. Ümumiyyətlə, “qızıl top”u qazanmaq uğrunda mübarizə Lionel Messi ilə digər futbolçular arasında gedəcək”.


Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” və “Real” arasında keçiriləcək cavab qarşılaşması bu gün, saat 23:00-da İngiltərədə baş tutacaq. Madriddəki ilk oyun 1:1 hesabı ilə başa çatıb.



0 comments

Comments


bottom of page