
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva qarşıdakı mövsümlərdə karyerasını başqa komandada davam etdirmək niyyətində olduğunu etiraf edib.
90plus.az "AS"a istinadən xəbər verir ki, o deyib: “Hansı variantın daha yaxşı olacağını iyun ayında görəcəyik. Hazırda bütün diqqətim “Mançester Siti”yə yönəlib. Müqaviləmin müddəti 31 yaşım olanda başa çatacaq. Gizlətmirəm ki, qarşıdakı illərdə məqsədim yəqin ki, başqa komandaya keçmək olacaq”.