top of page

“Bernli” Avropa çempionunu transfer etdi

“Mançester Siti”nin qapıçısı Ceyms Trafford “Bernli”yə keçib.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Trafford 21 yaşadək futbolçular arasında Avropa çempionatında İngiltərə millisinin heyətində qol buraxmadan çempionluq yaşayıb.


Futbolçu başa çatan mövsümü icarə əsasında “Bolton”da keçirib. O, 52 oyuna çıxıb, 38 qol buraxıb və 26 oyunda qapısını toxunulmaz saxlayıb.

0 comments
bottom of page