“Mançester Yunayted”in müdafiəçisi Alvaro Fernandes iş yerini dəyişə bilər.
90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu uğrunda “Bernli” mübarizə aparır.
İspaniyalı oyunçu 2022/23 mövsümünü icarə əsasında “Preston Nort End” klubunda keçirib.
O, adıçəkilən klubda 42 oyuna çıxıb, altı məhsuldar ötürmə edib.
“Bernli” 2023/24 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək.