Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.
90plus.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Rayo Valyekano” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəf olub. Bu komandalar arasındakı cavab oyunu martın 4-də keçiriləcək.
Digər yarımfinal görüşündə “Atletik” və “Valensiya” komandaları üz-üzə gələcək. Bu komandaların ilk oyunu fevralın 10-da, cavab görüşü isə martın 3-də baş tutacaq.
İspaniya kuboku, Yarımfinalın ilk oyunları 9 fevral
Rayo Valyekano – Betis 1:2 Qol: A.Qarsiya 5 – B.İqlesias, 26. U.Karvalyo, 68.
10 fevral
00:30. Atletik – Valensiya