top of page

“Betis”in futbolçusu mövsümü erkən bitirdi

İspaniyanın "Betis" klubu ciddi itki ilə üzləşib.


90plus.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Nabil Fekir sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Sol dizinin çarpaz bağları qopan fransalı futbolçu mövsümün qalan hissəsini buraxacaq.


Qeyd edək ki, Fekir bu mövsüm 20 oyunda 9 qol vurub, 3 qol ötürməsi edib.

0 comments
bottom of page