Beyl şəxsi rekordunu təzələdi


"Tottenhem"in yarımmüdafiəçisi Qaret Beyl Premyer Liqanın son turunda "Lester"ə qarşı matçda dubl edib (4-2).


90plus.az xəbər verir ki, İngiltərə çempionatında bu mövsüm ümumilikdə 931 dəqiqə oynayan futbolçu 11 qol vurub. Beləliklə, uelsli Premyer Liqada orta hesabla 90 dəqiqə ərzində 1.06 dəfə fərqlənib. Bu, Beylin karyerasında ən yaxşı nəticədir.


Qeyd edək ki, onun əvvəlki şəxsi rekordu 2015/16 mövsümündə "Real Madrid"də La Liqada ortalama 90 dəqiqədə vurduğu 0.98 qol idi.

0 comments