top of page

"Beyl 90 dəqiqə oynamağı bacarmır" Joze Mourinyo


"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının Zaqreb "Dinamosu ilə ilk oyunu ərəfəsində hücumçu Qaret Beyllə münasibətlərindən danışıb.


90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, uelsli oyunçu ilə yaxşı ünsiyyət qurduqlarını bildirib: "Beylin mənə güvəndiyini düşünürəm. Bu mərhələdə birlikdə nə edəcəyimizə qərar veririk. "Kristal Pelas"la oyun zamanı ehtiyat hakim Beyllə çox danışmağımıza əsəbiləşmişdi. Ondan, 10 dəqiqə, yoxsa daha 20 dəqiqə oynayacağını soruşdum. Beyl indi yaxşı vəziyyətdədir. Qaretlə əla münasibətlərimiz olduğunu düşünürəm və əlbəttə ki, onun hər matçda 90 dəqiqə oynamasını istərdim, amma bacarmır".

Qeyd edək ki, "Tottenhem" - "Dinamo" görüşü martın 11-i keçiriləcək.

0 comments
bottom of page