Beyl karyerası ilə bağlı qərarı verdi

Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl 2021/22 mövsümünü müqavilə ilə məxsus olduğu "Real"da keçirəcək.

90plus.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Bildirilib o, MLS təmsilçisi "Los-Anceles Qelaksi"dən aldığı təklifə imtina cavabı verib. Beylin bu məsələyə gələn ilin yayı "Real"la müqaviləsi başa çatandan sonra qayıdacağı bildirilib.

Xatırladaq ki, 32 yaşlı futbolçu ötən mövsümü icarə qaydasında "Tottenhem"də (İngiltərə) keçirib. O, buradakı 34 oyunda 16 qol vurub, 3 qolun ötürməsini edib.

0 comments