Beyl karyerasını başa vurur?

Uels millisinin və "Real"ın futbolçusu Qaret Beyl Avropa çempionatından sonra karyerasını başa vurmağı düşünür.

90plus.az xəbər verir ki, bu barədə ABC.es məlumat yayıb. Bildirilib ki, 31 yaşlı oyunçu "Tottenhem"dəki bir illik icarədən sonra Madrid təmsilçisinə qayıdıb. Beyl "Kral klubu"ndakı vəziyyətindən qəti şəkildə razı deyil, bu səbəbdən 30 iyun 2022-ci ilə qədər hesablanan müqavilənin erkən ləğvi ilə bağlı klubla danışıqlara başlayıb.

Müqavilə ləğv edildikdən sonra uelsli futbolçu özünü hobbisinə - qolf oynamağa tam həsr etmək və hətta peşəkar səviyyədə rəqabət aparmaq üçün futbolçu karyerasını başa vura biləcəyi bildirilir.

Qeyd edək ki, Beyl Avro-2020-dən sonra gələcəyi ilə bağlı qərarını açıqlayacağını söyləyib. O, qərarını indidən söyləyəcəyi təqdirdə, bunun xaosa səbəb ola biləcəyini demişdi.

0 comments