Beyl karyerasını bitirəcək?


"Real"ın futbolçusu Qaret Beyl yaxın illərdə karyerasını bitirmək niyyətindədir


90plus.az "As" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Tottenhem"dən icarədən qayıdıb "Real"da qalan 1 ilini oynamaq istəyir. Bundan sonra o, futbolçu karyerasına son qoymaq fikrindədir.


Qeyd edək ki, bu mövsüm Premyer Liqada Beyl 19 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments