Beyldən Hazarda dəstək - "Sanki kimisə öldürüb"

"Tottenhem"in futbolçusu Qaret Beyl "Real"ın yarımmüdafiəçisi Eden Hazardın Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə uduzduqları oyundan sonrakı hərəkətinə görə tənqid edilməsinə münasibət bildirib. 90plus.az xəbər verir ki, müqavilə ilə "Real"a məxsus olan uelsli futbolçu "The Times"ə açıqlamasında tənqidləri anlamadığını deyərək Hazardı müdafiə edib: "Mən də bunu gördüm. Mediada buna elə reaksiya verdilər ki, sanki Hazard indicə kimisə öldürüb. Bu, sadəcə bir oyundur". Xatırladaq ki, Hazard sabiq komandasınə uduzaraq ÇL-lə vidalaşdıqları oyundan sonra "Çelsi"nin futbolçuları Kurt Zuma və Eduardu Mendiyə yaxınlaşaraq onları təbrik edib və gülərək söhbətləşib. Bu, İspaniya mediasında kəskin tənqid edildiyindən belçikalı futbolçu üzr istəyib.

0 comments