Beyldən Mançiniyə maraqlı cavab!


Uels millisinin futbolçusu Qaret Beyl Avro-2020-nin qrup mərhələsindəki rəqibləri İtaliya millisinin baş məşqçisi Roberto Mançininin onun komandası haqqında dediyi sözlərə münasibət bildirib. 90plus.az "Mirror"a istinadən xəbər verir ki, Mançini Uels millisini "Stok Siti"yə bənzədib. Beyl isə mütəxəssisin sözlərinə belə reaksiya verib: "Stok Siti"nin bu qədər yaxşı komanda olduğunu bilmirdim". Qeyd edək ki, Uels - İtaliya matçı bu gün 20:00-da başlayacaq.

0 comments