Beylin zədəsi ciddidir

"Real"ın futbolçusu Qaret Beyl La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşq zamanı ağır zədə alıb.

90plus.az "Marca"ya istinadən xəbər verir ki, tibbi müayinələr uelsli hücumçunun uzun müddətlik sıradan çıxdığını təsdiqləyib. Onun sağalma müddəti açıqlanmayıb.

Beyl zədə səbəbindən 11 sentyabrda keçirilən "Selta" ilə matçı (5:2) buraxıb. Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm müxtəlif zədələr səbəbindən 70 günə yaxın oynamamışdı.

0 comments

Recent Posts

See All