
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb. 90plus.az xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində keçiriləcək Türkiyə - Portuqaliya oyununda iş başında olacaq. Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda baş tutacaq.