top of page

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası: Ən yaxşıların mükafatları


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2022-ci təqvim ili üzrə mükafatlar təqdim olunub!


90plus.az Goal nəşrinə istinadən xəbər verir ki, "Avropada ilin oyunçusu" mükafatını Kilian Mbappe qazanıb.

2022-ci təqvim ili üzrə Avropada ilin heyəti belədir: Kilian Mbappe, Karim Benzema, Antuan Qrizmann, Teo Hernandes(hamısı Fransa), Vircil Van Dayk, Denzel Dumfris (Niderland), Kevin De Brüyne, Tibo Kurtua (Belçika), Luka Modriç, Yoşko Qvardiol (Xorvatiya), Erling Holand (Norveç).



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2022-ci təqvim ili üzrə Cənubi Amerikada ilin heyəti isə belədir:

Lionel Messi, Entso Fernandes, Emiliano Martinez, Nikolas Otamendi, Rodriqo De Paul, Kristiaan Romero, Xulian Alvares (hamısı Argentina), Neymar, Kazemiro, Tiyaqo Silva, Vinisius (hamısı Braziliya).


Qeyd edək ki, Cənubi Amerikada ilin oyunçusu" mükafatını isə Leo Messi qazandı!

0 comments
bottom of page