top of page

“Beşiktaş” Qurban Qurbanovu istəyir


”Beşiktaş” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.


90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.


UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur.


Qeyd: Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.


Mənbə: Fotospor

0 comments
bottom of page