Türkiyə Kubokunda ilk finalçı bəlli olub.
90plus.az xəbər verir ki, ölkə kubokunun yarımfinalında cavab qarşılaşması “Beşiktaş” və “Ankaragücü” arasında baş tutub.
İlk oyunu qolsuz heç-heçə bitən yarımfinalın cavab matçında üstün tərəf “Qara Qartallar” olub və finala adlarını yazdırıblar:
Beşiktaş 1-0 Ankaragücü
(Ümumi hesab: 1-0)
Muçi 70'
Qol:
Qeyd: “Beşiktaş”ın finaldakı rəqibinin adına sabah Fatih Karagümrük-Trabzonspor (İlk oyun: 2-3) oyunundan sonra aydınlıq gələcək.