Bielsa ilə müqavilə yeniləndi

Bu mövsüm Premyer Liqada çıxış edəcək “Lids” baş məşqçisi Marselo Bielsa ilə müqaviləni yeniləyib.

90plus.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.


65 yaşlı mütəxəssis 2018-ci ildən “Lids”i çalışdırır. Qeyd edək ki, Premyer Liqada yeni mövsüm sabah başlayır. “Lids” sabah ilk oyunda son çempion “Liverpul”un qonağı olacaq.

0 comments