Bielsa köhnə komandasını məhkəməyə verib!

İngiltərənin "Lids" klubunun baş məşqçisi Marselo Byelsa keçmiş komandası olan Fransa "Lill"ini məhkəməyə verib.


90plus.az GFFN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis 2017-ci ildə qovulduğu Liqa 1 təmsilçisindən 19 milyon avro təzminat istəyir.


Məhkəmə iddianı təmin edərsə, bu PSJ-nin Loran Blanın istefaya göndərilməsinə görə ödədiyi 22 milyon avrodan sonra işdən çıxarılma üçün ikinci ən yüksək təzminat məbləği olacaq.



Problem ondadır ki, 66 yaşlı mütəxəssis "Lill"lə 2 dəfə müqavilə imzalayıb. Birinci sözləşmədə belə bir bənd var idi ki, baş məşqçi qovulacağı halda göstərilən bütün mükafatları alacaq. İkinci müqaviləyə isə bonuslarla bağlı bənd salınmamışdı.


Qeyd edək ki, Marselo Byelsa müxtəlif vaxtlarda Argentina və Çili milli komandalarına, həmçinin İspaniyada "Espanyol", "Atletik", Fransa "Marsel" və İtaliyada "Latsio" klublarına da başçılıq edib.

0 comments

Recent Posts

See All