top of page

"Bilirəm ki, hücuma da yardım etməliyəm"


"Turan Tovuz"un yeni transferi Denis Marandiç Peşəkar Futbol Liqasının yutub kanalına açıqlama verib.



90plus.az xəbər verir ki, moldovalı müdafiəçi kollektivin onu yaxşı qarşıladığını deyib:



"Komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Hazırlıq mərhələsi yaxşı keçdi. Ümid edirəm ki, bunun davamını çempionatda da gətirəcək və qarşıya qoyulan məqsədlərə çata biləcəyik. Müdafiəçi olmağıma baxmayaraq, hücuma da kömək etməliyəm. Əsas məqsəd rəsmi oyunlarda da yaxşı səviyyədə çıxış etməkdir. Əsas olan kimin qol vurmağı deyil, nəticələrdir".

0 comments
bottom of page