top of page

“Bilmirəm bu niyə belə oldu" - Canni De Byazi, millinin sabahkı oyunundan danışdı!


"Düzdür, Bakıda ilk hissəni pis oynamışdıq, amma ikinci hissədə daha yaxşı idik. Həmin matçda ləng idik və bilmirəm bu niyə belə oldu".


90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində sabah səfərdə Estoniya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.



İtaliyalı mütəxəssis qeyd edib ki, seçmə mərhələyə uğutsuz başlasalar da, hazırda komandası yaxşı durumdadır: "Bu il 13 oyun keçirmişik. 6 qələbə qazanmışıq, 5 məğlubiyyətimiz var. Seçmə mərhələnin startı bizim üçün çox pis alınmışdı. Avstriya və İsveçə böyük hesabla uduzmuşduq. Amma sonrakı matçlarda pis oynamadıq. Heç bir məşqçi oyundan öncə deməz ki, biz uduzmaq istəyirik. Sabah ağıllı oynamaq istəyirik. Problem budur ki, top bizdə olsa da, qol vura bilmirik. Bunu həll etməliyik". 


De Byazi sabahkı oyunda heyət seçimi ilə bağlı bunları deyib:  "Bizim komandada ən çox qol vuran oyunçu Emin Mahmudovdur. O, 10 dəfə fərqlənib. Ramil Şeydayev 5 dəfə fərqlənib. Saydığınız oyunçular hamısı bizim üçün vacib futbolçulardır. Hücumameyilli oyunçular çoxdur və hamısı lazımlıdır". 

Baş məşqçi Azərbaycan yığmasının 4 oyuna cəmi 1 xal toplamasına və Qazaxıstan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə üçün mübarizə aparması ilə bağlı suala sualla cavab verib: "Qazaxıstanın yer aldığı qrupdakı Danimarka və Finlandiya bizim qrupdakı komandalardan güclüdür? Kim kimdən güclüdürsə, sabah meydan göstərəcək. Əgər biz qrupdan möcüzə gözləyiriksə, rəqiblərimizə baxmalıyıq. Onların heyətindəki futbolçuları görməliyik. Azərbaycan çempionatından nə qədər çox oyunçu çağıra bilərik? Məsələn, Emil Səfərov var “Qəbələ”də, onu izləyirik. Digər oyunçulara baxırıq. Azərbaycan çempionatı diqqətimizdədir. Bütün oyunlarda olmağa çalışırıq. Amma biz evi bir gündə tikə bilmərik. Bunun üçün zaman lazımdır". 

De Byazi "Qarabağ"ın müdafiəçisi Makdim Mecvedevi milliyə çağırmamasından qısa danışıb: "Bu gün Bədavi və Bəhlul zədəlidir. Əlimizdə olan futbolçulardan istifadə edəcəyik. Əgər hansısa oyuçu yığmağa çağırılmırsa, deməli səbəbi var". 

0 comments

Comments


bottom of page