top of page

Bir şəhərə həsr edilmiş karyera...


Türkiyəli futbolçu Caner Erkin Türkiyədə İstanbuldan kənara çıxmamağa söz verib. 90plus.az xəbər verir ki, O, İstanbul komandalarından "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Karagümrük"dən sonra "Başakşəhər"ə transfer olunub.



Qeyd edək ki, futbolçu bir dönəm Moskva "ÇSKA"sında və Milan "İnter"ində də forma geyinib. Caner "Karagümrük"də çıxdığı 41 matçda 1 qol, 10 assistlə yadda qalıb.

0 comments
bottom of page