"Bir daha baş verənlərlə barışıb, susmaq məcburiyyətində qalacağıq" - Kuman


“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turunda “Real”a uduzduqları matç (1:2) haqqında danışıb.

90plus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis hakim qərarlarından şikayətlənib:

“Düşünürəm ki, matçı izləsəniz, “Barselona”dansınızsa, hakimin iki qərarından narazı olarsınız. İlk hissədə həm hücumda, həm də müdafiədə zəif oynadıq. İkincisində vəziyyət yaxşılaşdı və mən hakimdən düzgün qərarlar verməsini istərdim. Bu vəziyyətdə Braytvaytın Mendi ilə təmasından sonra yıxılanda bir penalti təyin etmək lazım idi. Amma hakim əlavə olunan dörd dəqiqədən yarısını boşuna xərclədi. 100 faizlik bir penalti epizodu var idi. Ancaq bir daha baş verənlərlə barışıb, susmaq məcburiyyətində qalacağıq. İspaniyada VAR-ın nəyə lazım olduğunu anlamıram. Hər kəs bu epizodu gördü”. Qeyd edək ki, “kral klubu” rəqibinə qalib gəlməklə lideliyə yüksəlib.

0 comments